...

Mərkəzi Bankın təşəbbüsü ilə "Öyrən, qənaət et və qazan" adlı yay məktəbi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2017 17:45 (UTC +04:00)
Mərkəzi Bank maliyyə maarifləndirməsi istiqamətində 10-12 yaşlı uşaqlar üçün bir həftəlik "Öyrən, qənaət et və qazan" adlı yay məktəbi keçirib.

Bakı. Trend:

Mərkəzi Bank maliyyə maarifləndirməsi istiqamətində 10-12 yaşlı uşaqlar üçün bir həftəlik "Öyrən, qənaət et və qazan" adlı yay məktəbi keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, yay məktəbinin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım və biznes planlarının qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirmək olub. Mövzuların uşaqlara lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənərək interaktiv şəkildə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar həyata keçirilib.

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Azərbaycan Banklar Assosiasiyası və Bakı Sığortanın dəstəyi ilə baş tutmuş yay məktəbində iştirakçılar “İçərişəhər” Dövlət Tarixi-memarlıq Qoruğundakı qədim pul ekspozisiyasında və Azercell şirkətinin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzində də olublar. Uşaqlar burada gənc sahibkarlarla görüşmüş, onların innovasiya və sahibkarlıq barədə sualları cavablandırılıb.

Yay məktəbi ərzində iştirakçılar çay fasilələri və naharla təmin olunmuş, sonda təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar. Qeyd edək ki, artıq ənənə halını almış maliyyə marifləndirilməsi istiqamətli yay məktəbləri layihəsinin davamlı olması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti