...

"PAŞA Bank" müştərilərinə xəbərdarlıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2017 22:34 (UTC +04:00)
Bu gecə "Paşa Bank"ın müştərilərə göstərəcəyi xidmətlərdə 4 saatlıq fasilə yaranacaq
"PAŞA Bank" müştərilərinə xəbərdarlıq edib

Bakı. Trend:

Bu gecə "Paşa Bank"ın müştərilərə göstərəcəyi xidmətlərdə 4 saatlıq fasilə yaranacaq.

Trend-in məlumatına görə, "PAŞA Bank" bu barədə müştərilərinə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir: "Xidmət səviyyəsinin artırılması məqsədilə 27 oktyabr 2017-ci il tarixində saat 02:00-dan 06:00-dək bank sistemlərinin təkmilləşdirilməsi üzrə texniki işlərin aparılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, bütün növ bank kartları və POS-terminallar ilə əməliyyatlar daxil olmaqla, onlayn bank xidmətlərinin istifadəsində yuxarıda qeyd olunmuş müddət ərzində fasilələr yarana bilər.

Müvəqqəti narahatçılığa görə üzr istəyirik və əməkdaşlıq üçün təşəkkürümüzü bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti