...

“Şimal-Cənub” dəhlizinin qərb istiqamətinin inkişafı üzrə növbəti iclas Hindistanda keçirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2017 11:44 (UTC +04:00)
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun növbəti iclası Hindistanda keçirilə bilər.
“Şimal-Cənub” dəhlizinin qərb istiqamətinin inkişafı üzrə növbəti iclas Hindistanda keçirilə bilər

Bakı. Maksim Tsurkov - Trend:

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun növbəti iclası Hindistanda keçirilə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan, Rusiya, İran və Belarus dəmir yol nümayəndələrinin qeyri-rəsmi görüşündə növbəti iclasların bu ölkələrin xaricində keçirilməsi təklif olunub: “Söhbət yalnız Hindistandan yox, həm də Şimali Avropa, Skandinaviya ölkələrindən gedir. Əgər eskpertlərimiz bu ideyanı dəstəkləsə, biz bunu protokolda möhkəmləndirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti