...

Bank VTB (Azərbaycan) müştəriləri kredit ödənişlərini Express Pay ödəniş terminalları vasitəsi ilə edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2018 17:43 (UTC +04:00)
Express Pay terminalları ilə ödənişi istənilən vaxt etmək mümkündür.
Bank VTB (Azərbaycan) müştəriləri kredit ödənişlərini Express Pay ödəniş terminalları vasitəsi ilə edə bilər

Bakı. Trend:

VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün daha bir ödəniş terminalları sistemi – Express Pay sisteminə qoşulub ki, bu da müştərilərə bankın ofislərinə gəlmədən kredit ödənişlərini etməyə imkan verəcək.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunun üçün Express Pay terminallarındakı Banklar bölməsində VTB (Azərbaycan)-ı seçmək lazımdır. Bundan sonra 3 parametrdən birini daxil etmək tələb olunur:

Müştərinin Pinkodu
Kredit müqaviləsinin nömrəsi
Kredit kartının son 6 rəqəmi

Daha sonra ödənişi etmək olar. Əməliyyat başa çatdıqda müştəri ödənişini təsdiqləyən qəbz alır. Terminal vasitəsi ilə istənilən krediti ödəmək mümkündür. Kredit üzrə ödəniş yalnız manatla həyata keçirilir (dollar kreditləri manat ekvivalentində ödənilir).

Express Pay terminalları ilə ödənişi istənilən vaxt etmək mümkündür. Saat 17.00-dan sonra və ya qeyri-iş günlərində olunan ödənişlər növbəti iş günündə hesaba köçürülür.

Beləliklə, hazırda “Е-manat”, “Milli-Ön”, “Easy Pay”, “ExpressPay” ödəniş terminalları, eləcə də www.hesab.az, www.e-pul.az, www.kassam.az onlayn sistemləri kimi ödəniş kanalları VTB (Azərbaycan) müştərilərinin ixtiyarındadır. Bundan başqa müştərilər ödənişləri VTB Online və VTB Mobile internet və mobil bank vasitəsi ilə də həyata keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti