...

Səfir: Hindistan şirkətləri Azərbaycanın əczaçılıq sahəsinə investisiya qoymaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2018 17:37 (UTC +04:00)
Hindistan şirkətləri əczaçılıq sahəsində Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır
Səfir: Hindistan şirkətləri Azərbaycanın əczaçılıq sahəsinə investisiya qoymaq istəyir

Bakı. İlkin Şəfiyev - Trend:

Hindistan şirkətləri əczaçılıq sahəsində Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir vurğulayıb ki, Hindistan öz əczaçılıq sənayesi ilə məşhurdur:

“Hindistan şirkətləri əczaçılıq sahəsində, əsasən də Pirallahı Sənaye Parkında birgə müəssisələrin yaradılmasında maraqlıdır”.

S.Rana əlavə edib ki, hazırda Hindistanın “SunPharma” və Azərbaycanın “Gilan Holding” şirkətləri arasında Azərbaycanda bu cür müəssisənin yaradılması üçün danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti