...

Azərbaycan yeni ixrac missiyalarının istiqamətlərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2018 13:34 (UTC +04:00)
Cari ilin sonunadək Azərbaycan daha 12 ixrac missiyası təşkil etməyi planlaşdırır.
Azərbaycan yeni ixrac missiyalarının istiqamətlərini açıqladı

Bakı. İlkin Şəfiyev - Trend:

Cari ilin sonunadək Azərbaycan daha 12 ixrac missiyası təşkil etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayev bildirib ki, Həştərxan şəhərində təşkil edilən ixrac missiyasını da nəzərə alaraq, bu missiyaların sayı 2018-ci ildə 13-ə çatacaq:

"İrxac missiyaları İsveçrə, Monqolustan, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə təşkil ediləcək. İki missiya Rusiya və Çinə göndəriləcək. Cari ilin sonunadək Azərbaycan 6 beynəlxalq sərgidə vahid stendlə çıxış edəcək".

AZPROMO rəhbəri həmçinin qeyd edib ki, bu ayın sonunda Ukraynada, gələn ay isə Latviyada Azərbaycan Ticarət evlərinin açılışı planlaşdırılır. Bu ilin sonuna qədər Şanxayda Azərbaycan Şərab Evi də açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti