...

Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2018 18:36 (UTC +04:00)
“Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AmCham-ın rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti