...

NIKOIL | Bank-da təcrübə keçərək öz karyeranıza başlayın

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2018 17:01 (UTC +04:00)
NIKOIL | Bank ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.
NIKOIL | Bank-da təcrübə keçərək öz karyeranıza başlayın

Bakı. Trend:

2017-ci ilin aprel ayından etibarən NIKOIL | Bank ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.

Bankdan Trend-ə verilən məlumata görə, bu müddət ərzində 80 nəfər təcrübə keçib və artıq onlardan 37 nəfəri daimi işə qəbul edilib.

NIKOIL | Bank təcrübə proqramını davam etdirir və təcrübə keçməklə maraqlanan gənc istedadlı şəxsləri “Kredit mütəxəssisi” vəzifəsi üzrə ilk seçimlərdə iştirak etməyə dəvət edir.

Namizədlərə aid ilkin tələblər:

Biznes təhsili / İqtisadiyyat üzrə təhsil
Azərbaycan və rus dillərini bilmək. İngilis dili arzu olunandır.
Ünsiyyət bacarığı
Analitik bacarıqlar
Nəticə-yönümlü

Maraqlanan şəxslər məktubun mövzu bölməsində“Təcrübə - Kredit Mütəxəssisi” yazaraq öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu 17.08.2018 tarixinə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti