...

Azərbaycanda dollara tələb azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2018 16:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) DövlətNeft Fondunun iştirakı ilə bu gün keçirilmiş valyuta hərracında manatın dollara nisbətdə məzənnəsi 1,7 AZN/USD təşkil edib
Azərbaycanda dollara tələb azalıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun iştirakı ilə bu gün keçirilmiş valyuta hərracında manatın dollara nisbətdə məzənnəsi 1,7 AZN/USD təşkil edib.

Trend-ə bank dairələrindəki mənbədən verilən məlumata görə, hərracda 70 milyon dollarlıq təklifə qarşı tələb 41,2 milyon dollar təşkil edib.

Mənbə bildirib ki, əvvəlki hərracda da tələb (57,2 milyon dollar) təklifdən (70 milyon dollar) az olmuşdu.

Beləliklə, bir həftə ərzində 140 milyon dollar təklifə qarşı tələb 98,4 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti