Bakı. Hüseyn Vəliyev - Trend:
2018-ci ildə elektron ticarət dövriyyəsindən gömrük bəyannamələri əsasında rüsumlardan Azərbaycan dövlət büdcəsinə 400 min manata yaxın məbləğ daxil olub.
Trend-in məlumatına görə, bunu Bakıda elektron ticarət forumu zamanı Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib.
İ.Babayevin sözlərinə görə, e-ticarətdən daxilolmaların bu cür yüksək artım dinamikası son iki il ərzində aydın müşahidə olunur:
“2016-cı ildə bu göstərici cəmi 20 min manat idi. Dünya təcrübəsində elektron ticarətin payına ümumi ticarət dövriyyəsinin təxminən 10 faizi düşür. E-ticarətin illik artım tempi 10 faiz təşkil edir. Rəqəmlərlə ifadə etsək, əgər bu gün dünyada e-ticarət dövriyyəsinin həcmi təxminən 3 trilyon dollar təşkil edirsə, 2021-ci il üçün bu rəqəm 5 trilyon dollaradək yüksələcək”.