"Access Business Talks" layihəsinə yekun vurulub (FOTO)

"Access Business Talks" layihəsinə yekun vurulub (FOTO)

Bakı. Trend:

AccessBank-ın UNEC ilə birgə reallaşdırdığı "Access Business Talks" layihəsinin bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, bankda baş tutan tədbirdə çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, "Access Business Talks" layihəsini AccessBank ilə UNEC arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib:

"Əminliklə deyə bilərəm ki, bu layihə yalnız universitet və bankda deyil, müxtəlif dairələrdə özündən söz etdirə bilib. Müxtəlif beynəlxalq maliyyə institutlarının yerli ofisinin və iri audit şirkətlərinin təmsilçiləri bu layihədə iştirak etmək istədiklərini dilə gətirib və bu məni çox sevindirib".

AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə bildirib ki, "Access Business Talks" layihəsi "UNEC Business Conversation Club" qədər uğurlu oldu: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaq idi. Düşünürəm ki, biz məqsədimizə çatdıq. Layihə iştirakçısı olan tələbələr həm dil, həm də praktiki biliklərini möhkəmləndirdilər. Sözsüz ki, onlar bu biliklərini gələcək iş yerlərində tətbiq edəcəklər. Bir sözlə, "Access Business Talks" özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq".

UNEC-in "Maliyyə və mühasibatlıq" fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub. O, layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirib: "AccessBank korporativ sosial məsuliyyət üzrə götürdüyü öhdəliklərinə sadiq bir bankdır. Sevindiricidir ki, "Access Business Talks" kimi brendə çevrilmiş bir layihə bunun tərkib hissəsi oldu".

UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə "Access Business Talks" layihəsini praktika ilə nəzəriyyənin sintezi adlandırdı.

Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb, ardınca onlara sertifikatlar verilib.

Bununla yanaşı, UNEC "Maliyyə və mühasibat" fakültəsi Anar Həsənovu, Günay Cəlilovanı və "Access Business Talks" layihəsinin müəllifi, "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyevanı "Təşəkkürnamə" ilə təltif etdi.

Qeyd edək ki, "Access Business Talks" layihəsi 10 həftə ərzində davam edib. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunan ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaradıldı.

Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Loading Bars
Xəbər lenti
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib (FOTO/VİDEO)
Bakı Ali Neft Məktəbində “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar (FOTO)
BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi
Bu il Azərbaycana gələnlərin sayı açıqlanıb
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Bir sıra tibb müəssisələrində yoxlamalar başlanıldı (FOTO/VİDEO)
Məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir - Təhsil Nazirliyi
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib (FOTO)
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib (FOTO)
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO)
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
“Rabitəbank” ilin birinci rübünü 3,5 mln mənfəətlə tamamladı (FOTO)
Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb (FOTO)
Aptekonline.az-da "Biolane" brendinin seçilmiş məhsullarına möhtəşəm ENDİRİM!
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Birinci sinfə qeydiyyat bu tarixdən başlanılır
Nobel Oil Services Direktorlar Şurasını daha da gücləndirib
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib (FOTO/VİDEO)
Türkiyə şirkətləri Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini hazırlayır
Kürdəmirin həbsdə olan icra başçısının işi məhkəməyə göndərildi
Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub
İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir (FOTO)
Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq
Cəlilabadda avtoxuliqanlar saxlanılıb
Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
Avronest Parlament Assambleyasının komitə iclası keçirilib
Xaçmaz polisi narkotik becərən şəxsi yaxalandı
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda ərzaq sovqatı paylanılıb (FOTO)
Azərbaycan nefti bahalaşır
Nazirlik növbəti “fişinq” hücumu barədə xəbərdarlıq edib
"Qarabağ" yatağı ilə bağlı yekun qərar nə vaxt veriləcək? - SOCAR-dan açıqlama
Evdən çıxan daha 7 koronavirus xəstəsi saxlanıldı
Ötən gün 26 yanğından 9 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb
Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi
Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək - DSMF
Ustanı cərəyan vuraraq öldürüb
Bərdədə koronavirusa yoluxan həkim küçədə saxlanıldı
“Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb (FOTO)
Aprelin 29-30-da keçiriləcək imtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanılıb
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 530 nəfər yoluxub
ABŞ Dövlət Departamenti koronavirusa görə ziyarət edilməsi tövsiyə olunmayan ölkələrin siyahısını genişləndirəcək
STAR NEZ 600 milyon dollara yaxın dəyəri olan investisiyaları 2022-ci ildə başa çatdıracaq - "SOCAR Türkiyə"
Bütün xəbərlər