...

Aleksandr Oxrimenko: Azərbaycan dövlətinin iqtisadi siyasəti vətəndaşların maraqlarına yönəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2019 09:49 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan məqsədyönlü şəkildə qeyri-neft sektorunu inkişaf etdirir və bunu ölkə rəhbərliyinin düşünülmüş qərarı təsdiq edir.

Bunu Trend-ə ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko 2019-cu ilin ilk doqquz ayının yekununda Azərbaycanın iqtisadi göstəricilərini şərh edərkən deyib.

O bildirib ki, dövlət iqtisadiyyata investisiya qoyulmasına diqqət ayırır və bu vəzifə düzgün qurululmuş dövlət idarəçilik modeli sayəsində icra olunur:

“Hesab edirəm ki, Azərbaycanda vaxtı-vaxtında keçirilmiş iqtisadi islahatlar hesabına xarici çağırışlar qarşısında duruş gətirmək və onların ölkədəki makroiqtisadi və maliyyə vəziyyətinə təsirini yumşaltmaq mümkün oldu. Ona görə də tamamilə aşkardır ki, dövlət siyasəti iqtisadi sabitliyin güclənməsinə yönəlib və bu cür strategiya bütün sahələrə, o cümlədən, sənaye və istehsal sahələrinə müsbət təsir göstərir”.

Ukraynalı iqtisadçının sözlərinə görə, Azərbaycanda sosial-iqtisadi sahədəki dəyişikliklərin müsbət nəticələri aşkardır və bunu beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları da qeyd edir:

“Beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına yüksək qiymətləri onu göstərir ki, dövlət siyasəti vətəndaşların maraqlarına, ölkədə rifah səviyyəsinin artmasına yönəlib. Ona görə də təəccüblü deyil ki, əhalinin mütləq əksəriyyəti Azərbaycanın rəhbərliyinin apardığı siyasəti dəstəkləyir. Azərbaycan hökuməti dəqiq başa düşür ki, qeyri-sabit dünya konyukturunu nəzərə almaqla, gələcəkdə neft qiymətləri müxtəlif istiqamətlərə yönələ bilər. Bu baxımdan, əsas vurğu məhz ölkənin qeyri-neft sektorunun inkişafına qoyulmalıdır ki, iqtisadiyyatın neftdən asılılığı azalsın. Eyni zamanda, neft satışından əldə edilən gəlirlər Azərbaycana dövlət büdcəsindən sosial xərcləri artırmağa və vətəndaşları əlavə iş yerləri ilə təmin etməyə imkan verir”.

Ekspert qeyd edib ki, Azərbaycan biznes mühitin yaxşılaşdırılmasına doğru inamlı kurs götürüb və bazar iqtisadiyyatı şəraitində çox vacibdir. Onun sözlərinə görə, Dünya Bankının son hesabatı da bunu təsdiq edir:

“Paralel olaraq, Azərbaycanda özəl biznesin aparılması üçün əlverişli şərait yaradılır ki, bu da yalnız müsbət effekt verir və biznes mühitin yaxşılaşdırılması üçün real imkanlar yaradır. “Doing Business 2019” reytinqində Azərbaycan öz mövqyini yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. “Doing Business 2018” reytinqində isə ölkə 57-ci yerdə idi. Bununla da biz iqtisadi göstəricilər üzrə mühüm artımın nəticələrini görürük. Fikrimcə, hesabatın müəlliflərinin qeyd etdiyi kimi, Azərbaycan müsbət nəticələr vermiş rekord sayda islahatlar keçirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti