...

Yaponiyanın Azərbaycana qoyduğu investisiyanın həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2021 11:13 (UTC +04:00)
Yaponiyanın Azərbaycana qoyduğu investisiyanın həcmi açıqlanıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Yaponiya Azərbaycanla əməkdaşlıq etdiyi müddətdə ölkəyə 7,1 milyard dollar investisiya qoyub.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sədrinin birinci müavini Natiq Həsənov bazar ertəsi Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi investisiyaların artırılması üçün bütün zəruri şəraiti yaradır:

"Biz ölkəmizə gələn hər bir investor üçün mövcud qanunvericilik bazası əsasında fərdi investisiya şərtləri təklif edirik. Əminəm ki, yaxın illərdə yaponiyalı iş adamları ölkəmizə investisiyaları, eləcə də qeyri-neft sahəsində ticarət dövriyyəsini artıra biləcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti