...

Qarabağda “KamAZ” zavodunun işə salınması planlaşdırılır - Overçuk

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2022 16:33 (UTC +04:00)
Qarabağda “KamAZ” zavodunun işə salınması planlaşdırılır - Overçuk
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin ikinci rübündə Qarabağda “KamAZ” şirkətinin zavodunun istifadəyə verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Onun sözlərinə görə, tərəflər ticari-iqtisadi əməkdaşlığın inkişafı üzərində işləməyi davam etdirəcək.

“Bu il ərzində Rusiya və Azərbaycan müxtəlif sahələrə aid bir sıra tədbirlər keçirəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində aktiv işi davam etdirmək lazımdır. Bu ilin dördüncü rübündə Azərbaycanla sərhədin Rusiya tərəfində sərhəd keçidinin rekonstruksiyasını başa çatdırmaq, eləcə də keçid zolaqlarının sayını artırmaq planlaşdırılır”, - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda bir sıra sahələrdə çoxlu sayda Rusiya şirkəti fəaliyyət göstərir. Həmçinin, Azərbaycanla birgə dəmiryol vaqonlarının istehsalının işə salınması məsələsi müzakirə olunur.

A.Overçuk əlavə edib ki, enerji sektorunda sabit əməkdaşlığı dəstəkləmək vacibdir.

“Rusiya bu istiqamətdə böyük təcrübəyə malikdir. Ümid edirik ki, biz bir daha Bakıda 11-ci regionlararası forum çərçivəsində görüşəcək və mövcud layihələrin müzakirəsini davam etdirəcəyik”, - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti