...

Bakı limanında yükaşırma həcmi artıb - Elmar Həbibli

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2022 12:35 (UTC +04:00)
Bakı limanında yükaşırma həcmi artıb - Elmar Həbibli
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük aşırması 5,456 milyon tonu ötüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu bu gün Bakı limanının mətbuat xidmətinin rəhbəri Elmar Həbibli deyib.

Onun sözlərinə görə, hesabat dövründə 44 mindən çox TEU konteyner aşırılıb, bu isə 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 28 faiz çoxdur.

"Bundan başqa, təkərli texnikanın aşırılması 31,5 faiz artaraq 41 mini ötüb, sərnişin avtomobillərinin aşırılması 6 dəfə artıb", - deyə o bildirib.

E.Həbibli vurğulayıb ki, Azərbaycana yüklər əsasən Mərkəzi Asiya ölkələrindən daxil olur və tranzitlə Avropaya yola salınır.

"Daxil olan yüklərin 90 faizdən çoxu ixraca yönəlir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti