...

Bakı limanının Ro-Ro terminalının yükaşırma gücü açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2022 12:55 (UTC +04:00)
Bakı limanının Ro-Ro terminalının yükaşırma gücü açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ro-Ro terminalının yükaşırma gücü ildə 6 milyon tondan çoxdur.

Trend-in məlumatına görə, bunu bu gün Ro-Ro terminalının rəisi Rüfət Haqverdiyev deyib.

Onun sözlərinə görə, terminalda təkərli texnika və dəmiryol vaqonlarının aşırılması həyata keçirilir.

"Bir gəmi orta hesabla 180 minik avtomobili və ya 60-dək yük avtomobili daşıya bilər", - deyə o bildirib.

R.Haqverdiyev əlavə edib ki, yükaşırma əsasən Mərkəzi Asiya ölkələrindən Avropaya həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti