...

Bakı limanında 2022-ci ildə yükaşırmanın gözlənilən həcmi açıqlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2022 15:28 (UTC +04:00)
Bakı limanında 2022-ci ildə yükaşırmanın gözlənilən həcmi açıqlanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yekunlarına əsasən, Bakı limanında 6 milyon tondan çox yükün aşırılması gözlənilir.

Trend-in məlumatına görə, bunu bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının strateji planlaşdırma və inkişaf departamentinin rəisi Xudayar Həsənli jurnalistlər üçün təşkil olunan treyninqdə deyib.

Onun sözlərinə görə, Bakı limanının Ro-Ro terminalının yükaşırma gücü 100 min vaqon və 60 min təkərli texnika təşkil edir.

X.Həsənli bildirib ki, 2021-ci ildə limanda 5,5 milyon ton yük aşırılıb, 2022-ci ilin yanvar-oktyabr aylarında isə bu göstərici 5,357 milyon ton təşkil edib.

O əlavə edib ki, 2023-cü ildən başlayaraq Qazaxıstandan Azərbaycan vasitəsilə Avropaya 1,5 milyon ton neftin daşınması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti