...

Zəngəzur dəhlizinin işə salınması Çindən Avropaya yüklərin daşınması müddətini azaldacaq - Xudayar Həsənli

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2022 14:48 (UTC +04:00)
Zəngəzur dəhlizinin işə salınması Çindən Avropaya yüklərin daşınması müddətini azaldacaq - Xudayar Həsənli
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin işə salınması Çindən Avropaya yüklərin daşınması müddətini iki həftəyədək azalda bilər.

Trend-in məlumatına görə, bunu bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının strateji planlaşdırma və inkişaf departamentinin rəisi Xudayar Həsənli deyib.

"Zəngəzur dəhlizi, həmçinin Azərbaycan üçün yeni bazarlar açacaq, o cümlədən Afrika istiqamətində yük tranziti üçün imkan yaradacaq", - deyə o bildirib.

X.Həsənli əlavə edib ki, Bakı limanının yükaşırma gücünün genişləndirilməsini sürətləndirmək lazımdır.

"2023-cü ildə limanın tikintisinin ikinci mərhələsinə başlamaq planlaşdırılır. İkinci mərhələ yük aşırılmasını ildə 25 milyon ton və 500 min TEU konteynerə çatdıracaq. Artıq üç milyon tonadək mineral gübrə aşırma gücündə olan terminalın tikintisi başlayıb", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti