...

Azərbaycanda ictimai nəzarətin onlayn platformasına müraciətlərin əhəmiyyətli hissəsi təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2022 11:14 (UTC +04:00)
Azərbaycanda ictimai nəzarətin onlayn platformasına müraciətlərin əhəmiyyətli hissəsi təmin olunub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu ilin sentyabr-noyabr aylarında onlayn ictimai nəzarət platformasında qeydə alınan müraciətlərin 70 faizə yaxını təmin edilib.

Trend-in məlumatına görə, bunu "MG Consulting"in nümayəndəsi Hamlet Babayev "İctimai nəzarət" layihəsinin onlayn platforması (www.enezaret.az) çərçivəsində görülən işlərin yekunlarına həsr olunmuş dəyirmi masada deyib.

H.Babayev qeyd edib ki, bu, mühüm göstəricidir:

“Bu günə kimi Azərbaycanda ictimai nəzarətin onlayn platforması çərçivəsində müraciətlərin ümumi sayı 5 minə yaxın olub"

İctimai Nəzarət Onlayn Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq üçün Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Milli Açıq Hökumət Platforması ilə birgə həyata keçirilən pilot layihədir. Bu platformanın yaradılmasında məqsəd ictimai maraq doğuran bəzi məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı vətəndaşlardan video və foto sübutlarla məlumat almaq və onların aidiyyəti dövlət orqanlarında həllinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti