...

Türkiyənin yükdaşımalarında dəmir yolunun payı 22 faizə çatacaq - Nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2024 04:37 (UTC +04:00)
Türkiyənin yükdaşımalarında dəmir yolunun payı 22 faizə çatacaq - Nazir

Bakı. Trend:

Türkiyə hökuməti dəmir yollarının yükdaşımalarında payını beş faizdən 22 faizə çatdırmağı planlaşdırır, avtomobil yolları ilə daşımaların çəkisi isə planlı şəkildə 72 faizdən 57 faizə enəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, dəmir yolu rabitəsinin “2053-cü ilə qədər olan dövr üçün inkişaf konsepsiyası”na uyğun inkişaf etdirilməsi planlaşdırılır.

Nazir yükdaşımaları sisteminin inkişafının tərkib hissəsini logistik mərkəzlər adlandırıb ki, onların da sayı iki dəfə - 13-dən 26-ya qədər artırılacaq.

“Bu mərkəzlər yüklərin konteynerlərlə dəniz limanlarından yük maşınlarına daşınması və daha sonra dəmir yolu qatarlarına yüklənməsi də daxil olmaqla, birləşmiş yük daşımaları zəncirinin mühüm tərkib hissəsidir”, - deyə A.Uraloğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti