...

Cənubi Koreya Azərbaycandan idxalın artırılmasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2024 16:41 (UTC +04:00)
Cənubi Koreya Azərbaycandan idxalın artırılmasında maraqlıdır
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Azərbaycandan idxalın artırılmasında maraqlıdır.

Trend xəbər verir ki, bu barədə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byonq Kvan Cənubi Koreyadan Azərbaycana təşkil edilmiş alıcı missiyanın səfərinə həsr olunmuş tədbirdə jurnalistlərə deyib.

"Mən KOIMA nümayəndə heyətinə rəhbərlik edirəm və Koreyaya Azərbaycan məhsullarının ixracının genişləndiriləcəyinə çox ümid edirəm. İnanıram ki, nümayəndə heyətimiz Azərbaycanda hazırlanmış məhsulların idxalını təşviq etmək üçün mümkün olan hər şeyi edəcək", - deyə o vurğulayıb.

O, 4-6 iyul tarixləri ərzində bir çox azərbaycanlı ixracçının Koreya İdxal Sərgisində iştirakına ümid etdiyini bildirib.

"Bu, koreyalı idxalçılarla azərbaycanlı ixracçıların münasibətlərini möhkəmləndirəcək. Ümid edirəm ki, ölkələrimiz arasında iqtisadi və işgüzar əlaqələr genişləndiriləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan və Cənubi Koreya arasında əmtəə dövriyyəsinin ötən il təqribən 430 milyon ABŞ dolları olduğunu bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti