...

Avropa İnvestisiya Bankı Cənubi Qafqazda rəqəmsallaşma və elektrik enerjisi layihələri maliyyələşdirməyi nəzərdən keçirir- vitse-prezident (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2024 10:04 (UTC +04:00)
Avropa İnvestisiya Bankı Cənubi Qafqazda rəqəmsallaşma və elektrik enerjisi layihələri maliyyələşdirməyi nəzərdən keçirir- vitse-prezident (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İnvestisiya Bankının (EIB) şöbəsi olan "EIB Global" Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz arasında rəqəmsallaşma və elektrik enerjisi sahələrində əlaqələrin qurulması üzrə layihələrin maliyyələşdirilməsi məsələsini nəzərdən keçirməyə açıqdır.

Bu barədə Trend-ə özəl müsahibəsində EIB-in vitse-prezidenti Tereza Çervinska deyib.

"Bankın Aİ hüdudlarından kənardakı əməliyyatlarına cavabdeh inkişaf üzrə şöbəsi olan "EIB Global" Azərbaycanda aktiv şəkildə çalışır və Aİ-Azərbaycan əməkdaşlığının prioritetlərinə cavab verən layihələrin maliyyələşdirilməsi imkanını nəzərdən keçirməyə hazırdır. Bunlar Aİ-nin "Qlobal qapılar" strategiyasında və Şərq Tərəfdaşlığının İqtisadi və investisiya planında əks olunub. Bizim diqqətimiz bu prioritetlərin reallaşdırılmasına cəmlənib", - deyə o bildirib.

T.Çervinska EIB-in Azərbaycanda müxtəlif layihələri dəstəkləmək imkanlarını öyrənmək üçün tərəfdaşlarla mütəmadi əlaqə saxladığını qeyd edib.

"Asiya İnkişaf Bankının (AİB) Gürcüstanda keçirilən illik toplantısı zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşdüm. Biz potensial əməkdaşlığı müzakirə etdik. EIB-in Azərbaycandakı prioritetlərinə iqtisadiyyatın diversifikasiyası, dövlət xidmətlərinin modernləşdirilməsi və kommersiyalaşdırılması, rəqəmsallaşma, eləcə də "yaşıl" enerjinin və enerji səmərəliliyinin təşviqi daxildir", - deyə EIB vitse-prezidenti əlavə edib.

Qeyd edək ki, EIB Azərbaycanla 2014-cü ildən əməkdaşlıq edir. Bank "Avropa Qonşuluq Siyasəti", "Şərq Tərəfdaşlığı" və digər ikitərəfli sazişlər çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan EIB-in dəstəyi ilə öz iqtisadiyyatını şaxələndirməyə çalışır. Bu prosesə yəqin ki, bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə investisiyalar daxil olacaq. Bankın Azərbaycanda prioritetləri xüsusən kənd ərazilərində balanslaşdırılmış və dayanıqlı iqtisadi inkişafa köməklik, bərabərsizliyin azaldılması və enerji mənbələrinin diversifikasiyasından ibarətdir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti