...

KƏND TƏSƏRRÜFATI NAZİRİ İSRAİL SƏFİRİ İLƏ GÖRÜŞÜB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 16:17 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov İsrailin ölkəmizdəki yeni səfiri Artur Lenkonla görüşüb. Nazirlikdən Trend ə verilən xəbərə görə, görüş sentyabrın 23-də nazirlikdə keçirilib.

Tanışlıq xarakteri daşıyan görüşdə İsraillə kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Nazir cari ilin iyun ayında İsrailin kənd təsərrüfatı naziri İsrael Katsanın dəvəti ilə bu ölkəyə səfərinin yekunları, həmçinin, səfər çərçivəsində İsrailin aqrar, üzümçülük və şərabçılıq sahələrində müxtəlif müəssisələrin nümayəndələri ilə görüşləri barədə səfirə məlumat verib.

Nazir meyvə konsentrantları və şirələrinin istehsalı üzrə birgə müəssisələrin, sitrus və zeytun plantasiyalarının yaradılması, o cümlədən, təcrübə mübadiləsi istiqamətində gələcək əməkdaşlığa dair təkliflərini irəli sürüb.

Öz növbəsində, A.Lenk vurğulayıb ki, İsrail sahibkarları aqrar sahədə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdırlar.

Hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş layihəsi üzrə təkliflər artıq Azərbaycanın Nazirlər Kabinetinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti