...

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri İran səfirini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2006 17:46 (UTC +04:00)

Fevralın 27-də Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar süleymaninin qəbul edib. Trend in məlumatına görə, bu barədə DGK-nin fevralın 27-də yaydığı press-relizdə bildirilir.

Görüşdə DGK-nin başçısı Azərbaycanla İran arasında bir sıra sahələrdə münasibətlərin inkişafını xüsusi qeyd edib.

DGK-nin sədri əməkdaşlığın inkişafında gömrük orqanlarının rolunu, eləcə də ölkələr arasında ticarət əməliyyatlarının artımını, hər iki ölkə vətəndaşlarının səfərlərinin proseduralarının sadələşdirildiyini göstərib.

A.Əliyev İranın Ümumdünya Gömrük Təşkilatının regional tədris mərkəzində keçiriləcək seminarda iştirak edəcəyinə və İranla Azərbaycan arasında əlaqələrin bundan sonra inkişaf edəcyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, İran səfiri Azərbaycanda öz diplomatik fəaliyyəti dövründə Aranla Azərbaycan arasında əməkdaşlığını gələcək inkişafına əlindən gələn köməyi göstərəcəyini qeyd edib. Ə.Süleymani gömrük- buraxılış məntəqələrini sayının artırılması ilə bağlı razılaşmaların sayının çoxalmasının zəruriliyini, ölkələr arasınd sərhəd ticarətinin genişləndirilməsinin zəruriliyini bildirib.

Tərəflər eyni zamanda "Goradiz gömrük-buraxılış məntəqəsinin açılması üzrə işlərin sürətləndirilməsinin mühümlüyünü qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti