...

Bank of Baku "Sürətli poçt" pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2006 11:41 (UTC +04:00)

Martın 6-dan Bank of Baku müştərilərə "Sürətli poçt" təcili pul köçürmələri sistemi çərçivəsində xidmət göstərəcək. Trend in xəbər verdiyi kimi, bankın press-relizində deyilir ki, MDB ölkələri ərazisində təcili pul köçürmələri bazarında liderlərdən biri olan "Sürətli poçt" digər sürətli pul köçürmələri sistemi ilə müqayisədə pulun göndərilməsinə və ya alınmasına görə aşağı məbləğdə komissiya haqqı alır. Köçürülən pulun həcmindən asılı olmayaraq komissiyanın məbləği 2% təşkil edir. Ekspress-köçürmənin həyata keçirilmə sürəti 1 dəqiqədir.

Bilavasitə İnternet vasitəsilə pul köçürmələri sürət və təhlükəsizliyi, o cümlədən bu prosesin rahatlığını artırır. MDB ölkələri ərazisində 3000-dən çox məntəqə "Sürətli poçt" sisteminə qoşulub.

Bu sistemlə yanaşı Bank of Baku Travelex, Western Union və Migom təcili pul köçürmələri sistemi çərçivəsində də analoji xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti