...

Milli depozit mərkəzinin ilk filialı Naxçıvanda açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2006 17:47 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) Milli depozit mərkəzinin filialı yaradılır və filial qiymətli kağızlar üzrə Dövlət komitəsinin (QKDK) İdarəsi ilə paralel fəaliyyət göstərəcək. Trend QKDK-nin məlumatına istinadən bildirir ki, "Naxçıvanda MDM-nin filialı haqqında" Əsasnamə 2006-cı ilin martın 1-dən qüvvəyə minib. Bu sənəddə filialın fəaliyyət predmeti və səlahiyyətləri, hüquqi statusu, maliyyə-təsərrüfat fəaliyyəti, idarəetmə və s. kimi məsələlər müəyyən edilib.

Filialın yaradılması ilə Naxçıvan səhmdarlarının qiymətli kağızlarla bağlı əməliyyatları sadələşdiriləcək. Naxçıvanda yaşayan qiymətli kağız sahibləri artıq səhmdarların qeydiyyatından çıxarış etmək yaxud QK ilə bağlı digər əməliyyatları həyata keçirmək üçün paytaxta gəlməli olmayacaqlar.

MDM İslam inkişaf bankının dəstəyilə 2006-07-ci illər ərzində Gəncə və Lənkəranda da mərkəzin filiallarını açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti