...

Azərbaycan Gömrük Məcəlləsinin təkmilləşdirilməsi üzrə layihənin ilkin mərhələsi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2006 19:01 (UTC +04:00)

İyunun 5-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Gömrük Məcəlləsinin təkmilləşdirilməsi layihəsi üzrə baş məsləhətçi Kolin Strinqeri və Azərbaycana dəvət olunmuş iki mütəxəssis - Aleksandr Rişelye və Uğur Özgörkeri qəbul edib. Trend in verdiyi xəbərə görə, bu barədə DGK-nin məlumatında bildirilib.

Məcəllənin təkmilləşdirilməsi üzərində işlər dövlət komitəsi tərəfindən BMT-nin İnkişaf Proqramı və Avropa Şurası ilə birgə aparılır.

Görüş zamanı DGK başçısı mütəxəssisə Azərbaycan Gömrük Məcəlləsinin ilk dəfə olaraq 1997-ci ildə qəbul olunması və onun hazırlanması zamanı bir sıra xarici ölkələrin təcrübəsindən istifadə olunması haqqında məlumat verərək, gömrük sahəsində qanunverici bazanın intensiv olaraq təkmilləşdirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. Son 9 il ərzində Azərbaycan gömrük sahəsində çoxsaylı konvensiyalara qoşulub. Məhz bu prosesləri nəzərə alaraq, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi zərurəti yaranıb.

K.Strinqer bildirib ki, son görüşdən sonra bir sıra tədbirlər keçirilib. O, xüsusi olaraq qeyd edib ki, məcəllənin hazırlanması prosesində İT texnologiyalarının tətbiqi üzrə konkret işlər görülüb. Məsləhətçi bildirib ki, layihənin ilkin mərhələsi artıq başa çatıb və o, layihə çərçivəsində informasiya texnologiyaları üzrə mütəxəssisin tezliklə gələcəyi barədə DGK başçısına xəbər verib.

A.Rişelye qeyd edib ki, məcəllənin yeni variantının hazırlığı zamanı yerli ekspertlərin rəyinə böyük üstünlük veriləcək. A.Rişelye fikrini belə tamamlayıb: "Yeni məcəllənin hazırlığı zamanı üs əsas amil nəzərə alınmalıdır: ölkənin iqtisadi bazası, sabit iqtisadi inkişaf, Lissabon və Budapeşt konfranslarının strategiyaları, AŞ-nın gömrük məcəlləsinin, Kiot konvensiyasının prinsipləri".

Xəbər lenti

Xəbər lenti