...

PARABANK - intellektual üçün bank!

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2006 19:21 (UTC +04:00)

Azərbaycan öz təbii sərvətləri və resursları ilə məhşurdur. Ən başlıca sərvətlərdən biri - ağıllı gənclərdir. Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın stabil və etibarlı banklarından biri olan "PARABANK" SKB ümummilli istedadlı gənclərə dəstək proqramı çərçivəsində "İntel" gənclər komandasına sponsorluq etməyi qərara alıb.

Bu gənc və bilikli komanda "Breyn-rinq" və "Kim? Harda? Necə?" intellektual oyunlarında zirvələri fəth edəcəklər. "PARABANK"ın sponsorluq etdiyi "İntel" gənclər komandası artıq bir neçə ay əvvəl Zaqulbada keçirilən AZERI OPEN çempionatında iştirak etmiş və liderlər cərgəsində yer almışlar. "PARABANK" kimi səviyyəli bir bankın bu komandaya inanması və köməklik göstərməsi bu yaxınlarda "Kim? Harda? Necə?" səmasında yeni bir ulduzun parlayacağına əsas verir.

Tezliklə Peterqofda keçirilən dünya çempionatına tələbə komandaları arasında seçim turu başlanacaq. Bu çempionatda ən güclü tələbə komandaları iştirak edəcək. Biz inanırıq və ümüd edirik ki, "İntel" komandası "PARABANK"ın dəstəyi ilə öz vətəninin adını ucaldacaq və öz sponsorunun inamını doğruldacaq.

Xəbər lenti

Xəbər lenti