...

Bakıda Azərbaycan və Ukrayna sahibkarları görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2006 16:53 (UTC +04:00)

Bakıda kiçik və orta sahibkarlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun iclası keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. İclas hər iki ölkə sahibkarlarının iştirakı ilə keçirilib. Qeyd edək ki, Ukraynanın tənzimləmə siyasəti və sahibkarlıq məsələləri üzrə dövlət komitəsinin tənzimləmə siyasəti departamentinin rəhbəri Oleq Miroşniçenkonun başçılıq etdiyi ukraynalı sahibkarlardan ibarət nümayəndə heyəti Bakıya gəlib.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Aparatının başçısı Samir Vəliyev çıxışı zamanı hər iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətindən danışıb. Qeyd olunub ki, əlaqələr dinamik inkişaf edir. Ancaq gələcəkdə bu əlaqələri davam etdirmək üçün potensial imkanlar var və işgüzar şəxslər bu imkanlardan səmərəli istifadə etməlidir.

Ukraynalı iş adamlarına Azərbaycanın biznes və investisiya mühiti, dövlətin sahibkarlığa dəstək üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Qida məhsullarının istehsalı, heyvandarlıq, şərabçılıq, maşınqyarıma sahələrini təmsil edən sahibkarlar arasında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti