...

Azərdəmiryolbank-ın yeni depozit kampaniyası banka əlavə $0,9 mln gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2006 15:04 (UTC +04:00)

Yeni Relax depozit kampaniyasının ilk 12 günündə Azərdəmiryolbank ümumi məbləği 800 000 AZN-dən artıq olan əmanətlər cəlb edib. Trend in bankın məlumatına istinadən xəbər verdiyi kimi, bu, sözügedən əmanət növünün xüsusi cəlbediciliyindən xəbər verir.

"Bank əmanətçiləri arasında keçirilən sorğunun nəticələri göstərir ki, ölkənin bank bazarında Relax əmanətinin analoqu yoxdur. Belə ki, balanslaşdırılmış faiz dərəcəsi (ildə 15%-dək) və əmanət müddəti ərzində faizlərin avansla ödənilməsi əmançiləri nəinki inflyasiyadan qoruyur, həmçinin, onların əmanətlərini yüksək mənfəətli edir", - deyə məlumatda deyilir.

Yeni depozit məhsulunun digər üstünlükləri arasında onu da qeyd etmək olar ki, Relax əmanətinin sahibləri bankdan Visa Gold pulsuz kredit kartı alır və 39 gün ərzində əmanətin 50%-i məbləğində faizsiz kredit xəttindən istifadə imkanı əldə edir.

Relax kampaniyası sentyabrın 15-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti