...

ATƏT Azərbaycanda toplaşmaq azadlığı üzrə müzakirələr təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2006 17:49 (UTC +04:00)

Sentyabrın 19-da ATƏT-in Bakı ofisi Azərbaycanda toplaşmaq azadlığı sahəsində qanunvericiliyin islah edilməsinə həsr edilmiş "dəyirmi masa" təşkil edir. Bu barədə Trend ə ofisin mətbuat xidmətindən məlumat verilib.

ATƏT-in Bakı ofisi toplaşmaq azadlığı sahəsində qanunvericiliyin islah edilməsinə yardım etmək niyyətindədir. Tədbirdə Azərbaycan hökümətinin, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edəcək. Azərbaycanda toplaşmaq azadlığı sahəsində qanunvericiliyin islah edilməsi üzrə müzakirələrin təşkili həmçinin parlamentin hazırda bu məsələni müzakirə etməsi ilə də bağlıdır.

Xatırladaq ki, toplaşmaq azadlığı haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi parlamentin yaz sessiyasında müzakirələrə çıxarılıb. Sənəd yenidən baxılmaq üçün Milli Məclisin komissiyasına qaytarılıb.

Xəbər lenti

Xəbər lenti