...

İqtisadi inkişaf naziri Böyük Britaniyanın Parlamentlərarası İttifaqdakı nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2006 20:11 (UTC +04:00)

Oktyabrın 12-də Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Böyük Britaniyanın Parlamentlərarası İttifaqdakı nümayəndə heyətini qəbul edib. Bu barədə Trend Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatına istinadən xəbər verir.

Nazir bildirib ki, 2005-ci ildə Böyük Britaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi $388,1 mln. təşkil edib. 2006-cı ilin 8 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi $314,3 mln. səviyyəsində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% çoxdur.

Böyük Britaniya şirkətləri ölkəmizdə neft, tikinti, bank və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.

"Bu günlərdə 15 illiyini qeyd edəcək Azərbaycan Böyük Britaniyanın iqtisadi sahədə qabaqcıl təcrübəsindən yararlana biləcək", - deyə H. Babayev bildirib. O, ölkəmizdə həyata keçirilən iqtisadi proqramlar, yeni iş yerlərinin açıllması, məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib.

Hazırda Azərbaycanda azad rəqabətin inkişafına diqqət ayrılıb və əlverişli investisiya mühiti yaradılıb. "Rəqabət Məcəlləsi"nin və "İnvestisiya fəaliyyəti haqqında" Qanunun qəbul edilməsi isə bu sahədə problemlərin tamamilə aradan qaldırılmasına imkan verəcək.

Nümayəndə heyətinin başçısı Brayn Cenkins isə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların ölkəsində maraqla izlənildiyini bildirib. "Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hər cür dəstək göstəriləcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti