...

Bakıda Qars-Axalkalaki- Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasında danışıqlar başlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2006 19:02 (UTC +04:00)
Bakıda Qars-Axalkalaki- Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasında danışıqlar başlandı

Bu gün Bakıda Qars-Axalkalaki- Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatının açılış məsələsi üzrə danışıqlar başlandı. Trend xəbər verir ki, danışıqları Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze, Türkiyənin Nəqliyyat Nazirliyinin nümayəndəsi və Yüksek Domonic şirkətinin başçısı Yüksek Domoniç aparır.

Bugünkü danışıqlar zamanı 3 məsələni müzakirə etmək planlaşdırılır:

- layihənin çərçivə sazişi;

- ərazinin ayrılması haqqında Gürcüstan tərəfinin öhdəlikləri;

- kredit sazişinin layihəsi.

Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı layihəsinin ilkin qiymətini 422 mln. ABŞ dolları həcmində təsdiq ediblər. Layihəyə uzunluğu 98 km olan Qars-Axalkalaki dəmir yolu qolunun tikintisi daxildir. Bunun 68 km-i Türkiyə ərazisinin payına, 30 km-i isə Gürcüstanın payına düşür. Həmçinin Axalkalaki-Tbilisi ərazisində də müəyyən yenidənqurulma işləri görülməlidir. Layihənin 2007-ci ilin birinci rübündə bilavasitə reallaşdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti