...

Azərbaycanın Vergilər Nazirliyi 36911 obyektdə kassa aparatları üzrə pozuntular aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 17:38 (UTC +04:00)

Dekabrın 13-də Nazirlik geniş miqyaslı operativ vergi nəzarəti tədbirləri ilə bağlı 157 061 obyektdə reydlər keçirib. Nazirliyin Operativ Nazarət İdarəsindən alınan məlumata istinadən Trend bildirir ki, qanunvericiliyin pozulması faktı 36911 obyektdə aşkar edilib. Nəticədə qanunu pozanlara qarşı 3 318,359 min manat məbləğində cərimə tətbiq edilib.

Bakıda keçirilən vergi reydlərinin predmetini nəzarət-kassa aparatlarının istifadəsi və alıcılara qəbzlərin verilməsi, yəni əhali ilə nəğd pul hesablamaları aparılması qaydalarının gözlənilməsi təşkil edir.

Xəbər lenti

Xəbər lenti