...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi inhisarçılığın həddinin bu mərhələsində dəyişikliklərə ehtiyac görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2006 12:36 (UTC +04:00)

Azərbaycan höküməti təsərrüfat subyektinin inhisarçıya mənsubluğunun müəyyən edilməsi üçün limiti hələ dəyişmək fikrində deyil. Hazırda bazarda 35% paya malik subyekt inhisarçı hesab olunur. İqtisadi inkişaf naziri Heydər Babayevin Trend ə verdiyi xəbərə görə, hazırda Milli Məclisdə ilk oxunuşdan keçən Rəqabət Məcəlləsi layihəsində həddin dəyişdirilməsi haqqında danışmaq hələ tezdir.

"İnkişaf etmiş ölkə hansısa dəyişiklər tətbiq edirsə, o zaman hər şeydən əvvəl onun 100 il əvvəlki tarixinə baxmaq lazımdır. Əgər inkişaf etmiş ölkələrdə mövcud olan tələbləri müəyyən etsək, o zaman bu, qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərə bilər. Və hər şeydən əvvəl məni bu narahat edir, belə ki, qeyri-neft sektoruna bu, hər şeydən əvvəl təsir göstərir. O, lazımi qədər inkişaf etsə, o zaman biz belə maneələri müəyyən edə bilərik", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, hökümətin vəzifəsi hazırda Ümumdünya ticarət təşkilatına daxil olmaq üzrə danışıqlar çərçivəsində irəli sürülən məsələlərin həllindən ibarətdir. "Biz 2007-ci ildə bununla ciddi məşğul olacağıq. Bu proses çərçivəsində bir çox məsələlər, məhz bazarın liberallaşdırılması üzrə məsələlər öz həllini tapacaq, sonra isə baxacağıq ki, nə qalıb", - deyə H.Babayev qeyd edib.

Məcəllənin başlıca məqsədi bazarlarda inhisarçılıq mövqelərinə malik müəssisələrin qanunsuz hərəkətləri ilə mübarizə aparmaq üçün hüquqi əsasların yaradılmasıdır.

Layihədə antiinhisar qanunvericiliyinin pozulması zamanı təsərrüfat subyektlərinin cərimələnməsi sistemi dəyişir və sanksiyalar yalnız gəlirə və qanunsuz əldə edilmiş mənfəətə tətbiq olunacaq.

Layihə üzrə təsərrüfat subyekti antiinhisar orqanlarının göstərişlərini yerinə yetirməzsə, o zaman ona qarşı son 3 ay ərzində qanunsuz əldə olunmuş gəlirin 10%-i həcmində cərimə sanksiyaları tətbiq oluna bilər. Bundan başqa, antiinhisar orqanlara natamam və səhv məlumat verilərsə, cərimə son 3 ay ərzində qanunsuz əldə olunmuş gəlirin 5%-ni təşkil edəcək. Başqa şirkətlərin ticarət nişanlarından istifadə və ya başqa insafsız rəqabət hallarında cərimə belə fəaliyyətin aparıldığı müddətdə əldə olunmuş gəlirə bərabər olacaq.

Bu zaman tətbiq olunan cərimə sanksiyalarından əldə olunmuş vəsaitlərin 85%-i dövlət büdcəsinə, 15%-i cəriməni tətbiq edən təşkilatların hesabına keçiriləcək.

Məcəllədə antiinhisar qanunvericiliyin pozulması ilə bağlı işləri nəzərdən keçirəcək xüsusi komissiyanın yaradılması nəzərdə tutulub. Bu zaman işlərin baxılması prosesi 6 aydan çox çəkməməlidir.

Xəbər lenti

Xəbər lenti