...

Avropada "General Motors"un satışı 2006-cı ildə tarixdə ilk dəfə olaraq 2 mln. avtomobili keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2007 10:17 (UTC +04:00)

Amerikanın "General Motors Corp." avtomobil korporasiyasının Avropa bazarlarında 2006-cı ildə satış həcmi tarixdə ilk dəfə olaraq 2 mln. keçib. "RBK"yə istinadən Trend xəbər verir ki, şirkətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, keçən il üçün göstərici rekord həddə çataraq Avropada 2 mln. 2 min 704 avtomobil təşkil edib.

Buna baxmayaraq 2005-ci illə müqayisədə satışın artımı cəmi 0,94% təşkil edib. Bu artımın böyük hissəsi Rusiya bazarının payına düşüb, burada "GM" satışı 73%-ə qədər artıb. Şirkətin nümunələri arasında ən yaxşı göstəriciləri "Opel" və "Saab" nümayiş etdirib.

"GM" Avropa bazarlarında payı 2006-cı ilin nəticələrinə görə 9,2% təşkil edib.

Xəbər lenti

Xəbər lenti