...

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin görüşü başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2007 11:32 (UTC +04:00)

Cümə günü Tbilisidə Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin realizəsi məsləsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat idarələri rəhbərlərinin görüşü başlayıb. Gürcüstan Nəqliyyat Nazirliyindən Trend müxbirinə bildiriblər ki, hər üç nazir yığışıb və görüş bağlı qapılar arxasında keçiriləcək. Görüşün nəticələri ilə bağlı juranalistlər üçün açıqlama şənbə günü veriləcək. Görüş sonunda layihənin realizə edilməsi, o cümlədən Azərbaycan və Türkiyə tərəfindən layihənin realizəsi üçün Gürcüstana kredit ayrılması barədə bir sıra üçtərəfli sənədlərin imzalanması gözlənilir.

Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin realizəsi ilə bağlı 2006-cı il oktyabrın 13-də üçtərəfli işçi qrupun Bakıda keçirilən iclasında dəmir yolunun tikintisi üçün Gürcüstan tərəfinin sahə ayırması və Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması barədə məsələlər müzakirə edilib.

Layihə 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla 600 milyon dollar həcmində dəyərləndirilir.

ABŞ Administrasiyası layihənin maliyyələşdirilməsində iştirak etməyi Amerika şirkətlərinə qadağan edib.

Qars-Axalkalaki-Bakı dəmir yolunun tikintisi layihəsi üzrə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə deklorasiyası 2005-ci ilin mayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti