...

"İstehsal kommersiya MKT" "Sumqayıt xovlu iplik"in aksiyalarının 30,7%-i özəlləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 19:47 (UTC +04:00)

Azərbaycanın dövlət əmlakının idarə olunması üzrə dövlət komitəsi "Sumqayıt xovlu iplik" səhmdar cəmiyyətinin səhmlərinin satılması üzrə investisiya müsabiqəsinin qalibini elan edib.

Trend in Dövlət Komitəsinin çərşənbə günü yaydığı məlumatına istinadən verdiyi xəbərə görə, pul əsasında keçirilməyən hərracda müəssisənin səhmlərinin 30,7 %-i "MKT İstehsal Kommersiya" alıb.

İnvestisiya proqramına və alqı-satqı müqaviləsinə görə, investor Sumqayıt müəssisəsinə il ərzində 2,6 mln. $ investisiya qoymalıdır. Bu vəsaitlər SC-nin fəaliyyətdə olan istehsal sahələrinin müasir smtandartlara uyğun yenidən qurulmasına, həmçinin iplik istehsalı üçün avadanlığın quraşdırılmasına sərf olunacaq.

İnvestor həmçinin dövlət büdcəsinə 112 min manat keçirməyi özöhədsinə götürüb. İnvestisiya proqramına əsasən müəssisənin işçilərinin sayının 300 -ə çatdırılması, növbəli iş rejiminin təşkili və hər iş rejimində işçilərin qidalanması və nəqliyyatla təmin olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti