...

Rusiya Azərbaycanda aliminium zavodu tikintisi üzrə danışıqları qeyri-impulsiv hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 18:00 (UTC +04:00)

"Russkiy alüminiy" SC ilə Azərbaycanda alüminium zavodunun tikintisi layihəsi üzrə danışıqlar qeyri-impulsiv gedir, bu barədə Trend xəbər verir.

Bu barədə RF-nin Azərbaycandakı ticarət nümayəndəliyinin başçısı Yuri Şedrinin cümə axşamı verdiyi məlumata görə, 2006-cı ilin sonunda Azərbaycanda "Rusala" nümayəndəliyinin geri çağırılması və danışıqların pozulmasına yönəlmiş tendesiya çətinləşib.

"Lakin indi Azərbaycan tərəfin maraqları yenidən yaranıb"-deyə o, söyləyib.

Rusiya tərəfi bu layihə çərçivəsində alüminium istehsalı enerji tutumlu proses olduğu üçün energi resurslarına güzəştlər qoyulması tələbləri irəli sürüb.

"Mütəxəssislərin hesablarına görə, aliminium istehsalı maya dəyərində elektrik enerjisi itkisi 75%-dir, ona görə də sanballı enerji tutumu yaradılmasa, alüminium istehsalı real deyil"-deyə o söyləyib.

O qeyd edib ki, bununla bağlı olaraq enerji tutumunun yaradılması üçün elektrik enerjisinə güzəşt tarifləri tələb olunub, lakin razılıq hələ əldə edilməyib və məsələ hələ çözüləcək.

Bu layihəyə investisiyalar 1 mlrd$-ı ötə bilər.

Xəbər lenti

Xəbər lenti