...

Texnikabank səhmlərinin yerləşdirilməsi tarixi müəyyən olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 27 mart 2007-ci il tarixindən etibarən BFB-də "Texnikabank"  ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq. Bu barədə məlumat Bakı Fond Birjasından verilib. Emissiyanın həcmi 1,5 mln. manat, bir səhmin nominal dəyəri 1.000 AZN təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. İstiqrazların  yerləşdirilməsində anderrayter vəzifəsində "Tenika Japital Management"  MMC çıxış edəcək.

Emissiya səhmlərinin yerləşdirilməsi başa çatdıqdan sonra Texnikabankın Nizamnamə Kapitalı iki dəfə artırılacaq.

Xəbər lenti

Xəbər lenti