...

Azərbaycanda "quş qripi"nin aşkarlanması üzrə növbəti monitorinqə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/Bu gün Azərbaycanın Kənd Təsərrüftı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi"nin aşkarlanması üzrə 2007-ci ildə beşinci monitorinqinə başlayıb. Bu barədə bazar ertəsi Dövlət Xidmətindən məlumat verilib.

Monitorinq baytarlıq xidməti, ekologiya və səhiyyə nazirlikləri, Ovçular Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən köçəri quşların müvəqqəti yaşayışı ehtimal olunan Pirallahı adası, Abşeron yarımadası, milli parkların ərazisində, Xəzər dənizinin sahilyanı xətti boyu ərazilərdə aparılır.

Monitorinq aprelin 6-dək davam edəcək. Aprelin 9-dan laborator tədqiqatlar başlayacaq, bundan sonra aprelin 14-də monitorinqin nəticələri elan olunacaq.

2006-cı ilin aprelindən Azərbacyanda 11 monitorinq aparılıb və ölkə ərazisində virus aşkarlanmayıb.

Buna baxmayaraq, ölkənin bütün sərhəd baytarlıq məntəqələri güclənmiş rejimdə işləyir, ova, vəhşi quşların satışı və istifadəsinə olan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti