...

Azərbaycanda "Etalon Mərkəzi" yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 14:54 (UTC +04:00)
Azərbaycanda "Etalon Mərkəzi" yaradılacaq

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanda "Etalon Mərkəzi" yaradılacaq. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov məlumat verib.

Mərkəzin yaradılması ölkə üçün çox vacibdir, belə ki, əlverişli investisiya iqlimi xarici investisiya şirkətlərinin sayının artmasına xidmət edir. Ölçü vasitələrinin texniki tələblərininin uyğunluğunun müəyyən edilməsi üçün xarici şirkətlər nə Azərbaycan, nə də qonşu ölkələrdə etalonların olmaması səbəbindən xarici ölkələrə müraciət edir. Bu, Azərbaycandan valyuta axınına gətirib çıxarır.

"Yerli şirkətlər bu xidmətlərə görə xarici ölkələrdə böyük vəsait xərc edir. Bu cür mərkəzin yaradılmasından sonra onlar üçün xərclər 10 dəfədən çox azalacaq", deyə Həsənov qeyd edib.

Mərkəzin tikintisinin ilin sonunda tamamlanması planlaşdırılıb.

Onun sözlərinə görə, Avropa və ABŞ şirkətləri ilə müqaviləyə əsasən, artıq təzyiq və çəkinin ölçülməsi üçün nəzərdə tutulan 9 etalon alınıb. Agentlik beş il ərzində təxminən 50 etalon almağı planlaşdırır.

"Biz, Azərbaycan üçün lazımi etalonları alacağıq. Məsələn, bizim üçün neft-qaz, maşınqayırma sahəsi avadanlıqları vacibdir", - deyə R.Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti