...

Azərbaycan bankları "Caucasus Banking yə dəvət alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend S.Babayeva/ Azərbaycan bankları mayın 17-18-də Tbilisidə

keçiriləcək "Banklar və Maliyyə" (Caucasus Banking adlı ikinci Qafqaz beynəlxalq konfransına və sərgiyə dəvət alıblar. Bu haqda "Iteca Caspian"ın layihə meneceri Rəna Abutalıbova məlumat verib.

Gürcüstana dəvət alanlar arasında Beynəlxalq Bank, Unibank, Bank Standard, Muğan Bank, Azərdəmiryolbank, Bank Respublika, Kapital Bank və digərləri yer alıb. Tbilisədəki konfransda

həmçinin tədbirin gümüş iştirakçısı olan Texnikabankın da iştirak edəcəyini təsdiqlənib. VİP qonaqlar arasında isə Azərbaycan bankları Assosiasiyanın prezidenti Eldar İsmayılov və AZPROMO prezidenti

Emil Məcidovun yer alacağı gözlənilir.

Konfransın ilkin proqramına əsasən, tədbirin birinci günündə Gürcüstan baş naziri Zurab Noqaideli, islahatların koordinasiyası üzrə nazir Kaxa Bendukidze, maliyyə naziri Aleksi Aleksişvili, iqtisadi

inkişaf naziri Georgi Arveladze, Gürcüstan Milli Bankının İdarə Heyətinin sədri Roman Qotsiridze və Gürcüstanın Banklar Assosiasiyasının prezidenti Zurab Qvasaliyanın çıxış edəcəyi planlaşdırılır.

Konfransın ilk sessiyasında ("Qafqazın maliyyə sektorunda regionlararası əlaqələrin inkişafının perspektivləri və imkanları") Z.Qvasaliya, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Murtaz Kikoriya, Azərbaycan bankları Assosiyasiyasının prezidenti E.İsmayılov, habelə tədbirin sponsoru olan Gürcüstan Bankının İdarə Heyəti sədrinin hesabatlarla çıxış edəcəyi gözlənilir.

İkinci sessiyada isə ("Gürcüstanın maliyyə sektorunun dinamik inkişafında bankların rolu. Qafqazda

bank və maliyyə sektorunun xüsusiyyətlərinin xarakteri. Bank sektorunun inkişaf tendensiyası") Gürcüstanın Milli Bankının vitse-prezidenti Yekaterina Qaldava, "Texnikabank"ın İdarə Heyətinin

sədri Etibar Əliyev, "Bracewell dən Qreqori Vojak, habelə People`s Bank və digər

bankların nümayəndələrinin çıxışı nəzərdə tutulur.

Üçüncü sessiya isə Qafqazda yatırım və maliyyələşdirməyə həsr olunacaq. Burada Gürcüstanın İnvestisiyalar üzrə Milli Agentliyi, Qara dəniz ticarət və inkişaf Bankı, Societe Generale Group, AZPROMO və Moody's Investors Service Ltd kimi qurumların təmsilçilərinin hesabatları

dinləniləcək. Konfransın ikinci günü isə plana əsasən, müzakirələr Qafqazda sığorta sistemi ilə bağlı məsələlər ətrafında aparılacaq. Eyni zamanda bankların ölkə iqtisadiyyatının inkişafında effektiv

vasitə kimi roluna, habelə innovasiya xarakterli ideyalara və maliyyə-bank sektorunda istifadə olunan yeniliklərə diqqət yetiriləcək.

Xəbər lenti

Xəbər lenti