...

ABB xaricdəki nümayəndəlik və törəmə bank şəbəkəsini genişləndirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankı (ABB) xaricdəki nümayəndəlik şəbəkəsini genişləndirməyi planlaşdırır. Bu barədə bazar ertəsi Bankdan məlumat verilib. Təxminən ikinci rübün sonuna qədər Dubay, daha sonra isə Lüksemburq və Nyu-Yorkda nümayəndəliklər açılacaq.

ABB Dubay və Lüksemburqda açılacaq nümayəndəliklərin gələcəkdə törəmə banklara çevirilməsini planlaşdırır. ABB-nin Nyu-Yorkdakı ofisi London və Frankfurtda fəaliyyət göstərən bankın nümayəndiliyi kimi öz statusunu saxlayır.

Hazırda ABB-nin törəmə bankları Moskva və Gürcüstanda fəaliyyət göstərir

Rusiyada fəaliyyət göstərən törəmə bank da öz şəbəkəsini genişləndirir. Hazırda "ABB-Moskva" Sankt-Peterburq və Yekaterinqburqda filiallara malikdir və Moskvada daha 10 filial açmaq mərhələsindədir. ABB 1992-ci ildə yaradılıb və ölkənin bank sektorunda əsas yerlərdən birini tutur. Bankın Nizamnamə Kapitalında dövlətin payı 50,2% təşkil edir. Qalan hissə isə müstəqil hüquqi və fiziki şəxslər arasında bölüşdürülüb.

Xəbər lenti

Xəbər lenti