...

Gürcüstana ən çox vəsait Rusiya Federasiyasından daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 15:47 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Yanvardan aprelədək müxtəlif elektron ödəmələr vasitəsilə ("Vestern Yunion", "Maniqram", "Angelik", "Kavkasus ekspress" və b.) Gürcüstana 219 milyon ABŞ dolları daxil olub.

Gürcüstan Milli Bankından verilən məlumata əsasən, bu göstəricilər 2006-cı ilin analoji dövrünün göstəricilərini 80 milyon 700 min ABŞ dollar məbləğində və ya 58 faiz üstələyir.

2007-ci ilin aprelində Gürcüstana xaricdən bank kanalları vasitəsilə daxil olan sürətli pul köçürmələrinin həcmi 55 milyon 200 min ABŞ dolları təşkil edib. Bu da 2006-cı ilin analoji göstəricisini 36 milyon 800 min ABŞ dolları və ya 50 faiz üstələyir.

Cari ilin yanvar-aprelində vəsaitlərin ən çoxu - 139 milyon ABŞ dolları Gürcüstana Rusiya Federasiyasından daxil olub, bu da Gürcüstana daxil olan ümumi vəsaitlərin 63 faizini təşkil edir. ABŞ-dan 24 milyon 600 min dollar vəsait daxil olub, bu da ümumi vəsait həcminin 11 faizini təşkil edib. Avstriyadan 10 milyon dollar (4,6 faiz), İspaniyadan 300 min ABŞ dolları (2,9 faiz), Yunanıstan və Ukraynadan hər biri 6 milyon ABŞ dolları (2,8 faiz), Türkiyədən 4 milyon 900 min ABŞ dolları (2,2 faiz) daxil olub.

Xəbər lenti

Xəbər lenti