...

Ekspert:Azərbaycan tariflərin artırılması sxeminin təkmilləşdirilməsi üçün islahatlar aparmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 15:17 (UTC +04:00)
Ekspert:Azərbaycan tariflərin artırılması sxeminin təkmilləşdirilməsi üçün islahatlar aparmalıdır

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/ Azərbaycana əsas tərkib hissəsi tariflərin artırılması sxeminə yeni yanaşmalar olan kompleks islahatlar aparmaq lazımdır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) eks-prezidenti, hazırda Sahibkarlıq və Bazar İqtisadiyyatına Yardım Fondunun rəhbəri Sabit Bağırov Tarif Şurasının telefon danışıqlarına olan abunə haqqının 0,7 manatdan 2 manatadək artılırması barədə may qərarını şərh edərkən bildirib.

"Hazırda Azərbaycanda iqtisadi yanaşmaların köhnə sovet sistemi saxlanılır. Bu, nə bazar prinsiplərinə, nə də reallaşdırma və tələblərə tamamilə uyğundur. Ölkədə bir çox şeyin özəlləşdirilməsini nəzərə alaraq bunun hamısı dəyişdirilməlidir", - deyə o bildirib.

Ölkədə özəlləşdirilməyə başlanan vaxtdan 50 min kiçik müəssisə və obyekt dövlətsizləşdirilib. 2006-cı ildə üç mindən çox kiçik müəssisə özəlləşdirilib.

Ekspertin fikrinə görə, əgər Tarif Şurası 2007-ci ilin yanvarında olduğu kimi, kommunal xərcləri bir daha artırmaq barədə qərar qəbul etsə, ölkədə mənfi nəticələr və sosial narazılıqlar yaranacaq.

Tarif Şurasının maydakı son iclasında kommunal xidmətlərə olan qiymətlərin artırılması məsələsi dondurulub.

"Bu qərara ehtiyatla və kompleks yanaşma lazımdır", - deyə o bildirib.

Ekspert həmçinin qeyd edib ki, kommunal xərclərə olan tariflərin artımı ölkədəki inflyasiyaya birbaşa təsir edəcək.

Azərbaycan Milli Bankının məlumatına əsasən, apreldə orta illik inflyasiya 16,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti