...

Nazir: İlin sonuna qədər Azərbaycanda adambaşına düşən ÜDM 3000$ təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2003 19:51 (UTC +04:00)
Nazir: İlin sonuna qədər Azərbaycanda adambaşına düşən ÜDM 3000$ təşkil edəcək

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ilin birinci rübündə Azərbaycanda ÜDM-in artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz təşkil edib.

Kazanda AYIB idarəçilərinin illik toplantısında iştirakı zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin bildirdiyinə görə, 2007-ci ilin sonuna qədər Azərbaycanda adambaşına düşən ÜDM hazırkı 2200$-a qarşı 3000$ təşkil edəcək.

2006-cı ildə Azərbaycanda ÜDM-in artımı 34,5 faiz təşkil edib.

Nazirin sözlərinə görə, nəhayət, 2006-cı ildə ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizə qarşı 20 faiz təşkil edib.

"Biz hələ də hesab edirik ki bu, yüksək rəqəmdir və Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılması üçün güclü fəaliyyət göstəririk. Biz yoxsulluğun azaldılması üçün yeni proqram hazırlamışıq ki, bu da 2015-ci ilə qədər nəzərdə tutulub", - deyə Babayev söyləyib.

Xəbər lenti

Xəbər lenti