...

"Unibank" Visa kartının ekvayeri statusunu alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / " / CEMEA regionunun (Central Europe, Middle East and Africa) "Visa International"ın direktorlar şurasının qərarına əsasən, "Unibank" Visa International kartının ekvayeri statusunu alıb. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatında bildirilib.

"Unibank" "Visa İnternational"ın ekvayrinqinə icazə almış Azərbaycanın birinci özəl bankı və icazə almış ölkə bankları arasında üçüncü olub.

Sertifikatlaşdırma prosesinin başa çatması üzrə bank POS-terminalların yerləşdirilməsi predmeti üzrə ticarət müəssisələri ilə müstəqil olaraq müqavilələr bağlaya bilər. Bu qərarın verilməsinə 2006-2007-ci illərdə "Unibank"ın kart biznesinin fəallaşması səbəb olub.

"İlk növbədə ekvayerinqin alınması bankın kart biznesinin inkişafına imkan verəcək. Bundan başqa, bizim ticarət və xidmətlərin təklifi sahələrində məşğul olan korporativ müştəriləri cəlb etmək imkanımız olacaq. Sonda biz müştərilərə - kart sahiblərinə bizim POS-terminallarla bilavasitə bağlı olan bonus və güzəştli proqramlar təklif edə biləcəyik", deyə biznes və marketinqin inkişafı üzrə struktur bölməsinin meneceri Musa Məmmədov qeyd edib.

Visa kart sahibləri, ticarət və xidmətlər müəssiəsələri, həmçinin maliyyə təsisatları arasında dünyada ən iri elektron ödəmələr sistemi vasitəsilə qarşılıqlı əlaqəni təmin edir. Visa məhsulları alıcı və satıcılara ticarəti həm real, həm də virtual aləmdə asan və əminliklə həyata keçirməyə imkan verir. Visa bütün maraqlı tərəfləri təmin etmək və iqtisadi artımı stimulyasiya etmək üçün elektron ödəmə sistemlərinin dayanıqlı inkişafını təmin etməyə çalışır. Hazırda Visa kartları üzrə dünyəvi dövriyyə 4 trilyondan çox ABŞ dolları təşkil edir. Visa kartları bütün dünyada ödəmə üzrə qəbul olunur. Visa/Plus ən geniş qlobal bankomat şəbəkələrindən biridir, o, dünyanın 170 ölkəsində yerli valyuta ilə nəğd pulların veirlməsini təmin edir.

"Unibank" Visa İnternational ilə əməkdaşlığa və onun assosiativ üzvləri tərkibinə 2003-cü ildə daxil olub. 2006-cı ildə Unibank ödəmə sisteminin prinsipial üzvü olub.

Son il ərzində "Visa"nın dəstəyi ilə Unibank Azərbaycanın bank bazarı üçün unikal olan iki kart məhsulu - AlKart kredit kartı və fərdi dizaynla kart buraxıb.

1 may 2007-ci il göstəricisinə əsasən, Unibank Visa İnternational beynəlxalq sisteminin 21 min plastik kartını buraxıb.

Xəbər lenti

Xəbər lenti