...

Vergilər Nazirliyi aksiz markası ilə markalanmamış malların qanunsuz satışı faktlarını aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə genişmiqyaslı operativ nəzarət tədbirlərinə başlayıb. Nazirliyin bazar ertəsi yayılmış məlumatına əsasən, iyulun 1-nə qədər 6877 obyektdə nəzarət tədbirləri keçirilib. Həmin obyektlərdən 394-də qanun pozuntusu faktı aşkar olunub.

Nəzarət tədbirləri zamanı dəyəri 56 842 manat olan 36780 ədəd aksiz markası ilə müvafiq qaydada markalanmamış mallar aşkar olunub. Bu malların 8103 ədədi tütün məmulatı, 26677 ədədi alkoqollu içkilərdir.

Xəbər lenti

Xəbər lenti