...

Dövlət Baytarlıq Xidməti Azərbaycanda "quş qripi"nin aşkar edilmədiyini bəyan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti ölkədə "quş qripi"nin xəbərdarlığı ilə bağlı 2007-c ildə səkkizinci monitorinqinin yekunlarını açıqlayıb. Bazar ertəsi dövlət xidmətindən verilən məlumata görə, monitorinq Azərbaycan ərazisində virusun olmadığını göstərib. Laborator müayinələr çöl və ev quşlarının qan nümunələri və patoloji materiallar əsasında aparılıb. Nümunələrin heç birində virus daşıyıcısı aşkar edilməyib.

Monitorinq baytarlıq xidmətinin, Ekologiya, Səhiyyə Nazirliyinin, Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət komissiya tərəfindən aparılıb.

Monitorinq Abşeron yarımadasını, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarını əhatə edib.

2006-cı ildən bu günə qədər Azərbaycanda 15 monitorinq keçirilib ki, bu monitorinqlər zamanı ölkə ərazisində virus aşkarlanmayıb.

Xəbər lenti

Xəbər lenti